“Conscious-Option-400” ləqəbli sosial şəbəkə istifadəçisi portala nişanlısının qardaşını toydan necə qovduğunu danışıb. Qız izah edib ki, qardaşı tədbir üçün 20 böyük pizza sifariş edib və nəticədə münaqişə yaranıb.
Lent.az-ın xarici mediaya istinadla mlumatına görə, yazı müəllifi bildirib ki, o və sevgilisi üç il əvvəl vegeterian olublar, ona görə də toy mərasimi üçün tamamilə vegan menyu seçiblər. Ancaq gəlin və kürəkən qonaqlara yeməklərin bu xüsusiyyətini deməyiblər. Qızın dediyinə görə, qonaqlara təqdim etdikləri yeməklər dadlı və doyumlu olub. İstifadəçi əlavə edib ki, onlar ziyafət üçün 15 min dollar xərcləyiblər.
“Mərasim gözəl idi, amma qardaşım Tomun masada olmadığını gördüm. 20 dəqiqədən sonra onun və əmiuşaqlarının 20 böyük pizza gətirməsinə dəhşət içində baxdım. Onları qonaqlara paylamağa başladılar və "İstəyən hər kəs üçün normal yemək!" deyə elan etdilər”. Gəlin sonradan xəbər tutub ki, bibisi gizli şəkildə yeməkdən narazılığını bildirib, o, qardaşına şənliyə normal yemək gətirmək üçün mesaj yazıb.
Müəllif əlavə edib ki, qonaqlar hadisəni zarafat kimi qəbul ediblər, lakin o, çox əsəbiləşib və göz yaşlarına boğulub. Onun nişanlısı qızın qardaşlarından şənliyi tərk etmələrini xahiş edib. “Bu, güclü reaksiyaya səbəb oldu və indi ailənin yarısı bizi təkəbbürlü adlandıraraq, öz inanclarımızı hamıya sırımağa çalışmaqla öz toyumuzu pozduğumuzu iddia edir”, – yazı müəllifi şikayətlənir.
İstifadəçilər şərhlərdə həm cütlüyün, həm də qardaşların nalayiq hərəkət etdiklərini bildiriblər.