Subaylıq üzüyü  də çıxdı: tanışlıq üçün ən ideal ÜSUL
08 aprel 2023 16:45 (UTC +04:00)

Subaylıq üzüyü də çıxdı: tanışlıq üçün ən ideal ÜSUL

Bir üzük firması maraqlı sosial təcrübəyə başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, armud üzükləri istehsal edən şirkət onlayn tanışlıq proqramlarına qarşı çıxır və insanlarla “real həyat” vasitəsilə tanış olmağı hədəfləyir.

“Dünyanın ən böyük sosial təcrübəsi” adlandırılan təcrübədə onlayn tanışlıq tətbiqləri kimi bir prinsip tətbiq edilir. Kimləsə tanış olmaq istəyən subaylar şirkətin istehsal etdiyi yaşıl armud üzük taxırlar. Əslində, üzüklər “nişan üzüyünün əksi” kimi təsvir edilir.

Sosial təcrübədə ABŞ, Böyük Britaniya, Almaniya, Kanada və Avstraliyadan bir çox insan iştirak edib və sosial mediada böyük səs-küyə səbəb olub.

Şirkət bunu tezliklə bütün ölkələrə yayacaqlarını açıqlayıb:

“Dünya üzrə 1,2 milyard insan subay olduqlarını göstərmək üçün barmaqlarına kiçik yaşıl üzük taxsalar, bizim tanışlıq proqramlarına ehtiyacımız olmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3966
avatar

Oxşar yazılar