Bir neçə gün öncə Amerikada yaşayan Siam əkizləri Abigeyl və Britaninin ərə getməsi barədə məlumat vermişdik.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, əslində Abigeylin ərə getdiyi məlum olub. O bildirib ki, ailə quran məhz odur.
Daha maraqlı açıqlamanı isə digər bacı verib. Britani bildirib ki, o başqa bir kişiyə aşiqdir və o da evlənməyə hazırlaşır. Eyni bədəndə yaşayan iki ruhun bu evliliyi hansı formada gerçəkləşdirə biləcəyinə dair müəmma gündəmi zəbt edib.
Qeyd edək ki, Abigeyl və Britani 34 ildir eyni bədəndə yaşayırlar. Eyni qan axını və beldən aşağı orqanları paylaşan qızların iki ürəyi, dörd ağciyəri və iki mədəsi var. Abigeyl bədənin sağ qolunu və ayağını, Britani isə sol qolunu və ayağını idarə edir. Onların ortaq bir cinsi orqanı var.