Türkiyəli tanınmış aktrisa Cemre Baysel ilə həmkar sevgilisi Aytaç Şaşmazın ayrıldığı iddia olunub.
Lent.az-ın məlumatına görə, ikili “Instagram” hesablarında bir-birini izləmədən çıxardıb və birlikdə çəkdirdikləri şəkilləri silib.
Tərəflər məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, ikili keçən il “Kanal D”də yayımlanan “Baht oyunu” serialında tanış olmuşdular. Onlar izləyicilər tərəfindən çox sevilir və məşhurlar arasında örnək göstərilən cütlük idi.