Bir qadın ad günündə sevgilisi ona bahalı hədiyyə aldığı üçün ayrılıb.
Lent.az xəbər verir ki, qadın bahalı hədiyyəyə görə 3 ilə yaxın olan münasibətini bitirib.
Oğlan sevgilisinin ad günü üçün dəniz kruizinə getməyə görə bahalı biletlər almaq qərarına gəlib. Qızın qohumları və dostları bu hərəkətin çox romantik bir jest olduğunu düşünüblər. Ancaq təəssüf ki, qadın belə qəbul etməyib.
Onun sözlərinə görə, ikilinin başqa planları var imiş və o, dəniz xəstəliyindən əziyyət çəkir. Buna görə də kruizlərə nifrət edir.
"Əvvəlcə ona dedim ki, ad günümlə bağlı planlarım var. Bunun üçün artıq işdən bir həftəlik məzuniyyət götürmüşdüm. Bunu özünə də demişdim. Ancaq o mənimlə məsləhətləşməmiş, tək başına belə bir plan qurub. Mən bu təklifdən imtina etdim", - qadın bildirib.
Məlumata görə, cütlük bu hadisədən sonra ayrılıb.