Sevgidə  uğursuzluqların   GÖZLƏNİLMƏZ  SƏBƏBLƏRİ
19 dekabr 2023 17:50 (UTC +04:00)

Sevgidə uğursuzluqların GÖZLƏNİLMƏZ SƏBƏBLƏRİ

Bəzi insanların sevgidə uğursuzluqlarının səbəbləri açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə psixoterapevt Qabriel Reyes danışıb.

Onun sözlərinə görə, sevgidə bəxti gətirməyən insanlar çox vaxt eyni tipli partnyorlar seçirlər və buna görə də təkrar-təkrar uğursuzluğa düçar olurlar

Reyes qeyd edib ki, insan beyni nümunələr yaratmağa və onlara uyğun hərəkət etməyə meyllidir. Çünki tanış şəraitdə bu, onun üçün daha asan və rahatdır. Mütəxəssis əmindir ki, sevgi və münasibətlər sahəsi də istisna deyil, buna görə də insanlar daim eyni tipli partnyorlar seçirlər. Nəticədə sevinc və xoşbəxtlik gətirməsələr də, eyni vəziyyətlərdə olurlar:

“Mən insanları keçmişlərindən fərqli olan partnyorlarla görüşməyə təşviq edirəm, xüsusən də onların dəhşətli münasibəti olubsa. Bu, keçmişdəki insanların təsiri altında formalaşan fikirləri dəyişdirməyə kömək edəcəkdir”.

Psixoloq uğursuz münasibətdən sonra əvvəllər hobbilərinə və ya həyat tərzinə görə cəlbedici görünməyən əks cinsin nümayəndələrinə diqqət yetirməyi tövsiyə edib.

Onun fikrincə, qeyri-adi baxışları və fərqli təcrübələri olan bir insanın fərqli hiss etməyə, həyatınıza başqa bucaqdan baxmağa və bəlkə də özünüz haqqında yeni bir şey öyrənməyə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4782
avatar

Fidan İlqar

Oxşar yazılar