Şahzadə ərindən boşanmasının  şərəfinə ətir buraxdı
13 sentyabr 2024 19:59 (UTC +04:00)

Şahzadə ərindən boşanmasının şərəfinə ətir buraxdı

Şeyx Məhəmmədin qızı Dubay şahzadəsi Mahra ərindən ayrıldıqdan səkkiz həftə sonra yeni “Divorce” ətrini təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə iyul ayında ərindən boşandığını açıqlamışdı. 

Şahzadə “Instagram”da güc və azadlıq simvolu kimi gördüyü qara qızılgüllər, sınmış şüşələr və pantera baxışlı kadrları olan ətir reklamının görüntülərini paylaşıb. Ətrin satışı ilə bağlı məlumat hələ ki, məlum deyil.

Qeyd edək ki, “Divorce” ətrinin adı ingilis dilindən tərcümədə boşanmaq deməkdir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Sevinc Fərid

Oxşar yazılar