Sandra Rulofs və Mixail Saakaşvili
06 oktyabr 2021 17:21 (UTC +04:00)

Sandra Rulofs və Mixail Saakaşvili

Saakaşvilinin həyat yoldaşından ərinin xəyanəti ilə bağlı AÇIQLAMA

Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs üçün ərinin "Xalqın xidmətçisi" partiyasından xalq deputatı Yelizaveta Yasko ilə çəkdiyi video sürpriz olub, amma yenə də onun azadlığa çıxacağına ümid edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu barədə “Facebook”da yazıb. 
O qeyd edib ki, Mixail Saakaşvili hər şeydən əvvəl, siyasi məhbusdur və Rulofs, Gürcüstan vətəndaşı olaraq, onun azad edilməsi tələbinə qoşulur.

“Çox dostlar və yoldaşlar məndən şəxsi həyatımı soruşurlar. Cümə axşamı yayılan videonun məzmununun mənim üçün gözlənilməz olduğunu və formanın tamamilə qəbuledilməz olduğunu sizdən gizlətməyəcəyəm. Şəxsi duyğularıma baxmayaraq, sakitəm və bu döyüşdən qalib çıxacağımıza inanıram”, - siyasətçinin rəsmi həyat yoldaşı vurğulayıb. 

Xatırladaq ki, bu günlərdə Mixail Saakaşvili Yelizaveta Yasko ilə birlikdə "Liza Yasko ilə ortaq bir ailəmiz var, hər kəs bizim vəziyyətimizi anlamalı və bizə xoşbəxtlik arzulamalıdır" videosunu yayıb.

Saakaşvili ölkəni tərk etdikdən 8 il sonra Gürcüstana gəlib və orada saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13116
avatar

Oxşar yazılar