Ronaldo sevgilisindən AYRILIR? – Anası  DANIŞDI
12 may 2023 19:59 (UTC +04:00)

Ronaldo sevgilisindən AYRILIR? – Anası DANIŞDI

Ayrılacaqları bildirilən Kriştiano Ronaldo və Corcina Rodriqes üçün yeni açıqlama gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ronaldonun anası Maria Dolores Aveiro cütlüklə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Bütün cütlüklər mübahisə edər. Yayılan xəbərlərin hamısı yalandır".

Corcina Rodriqes də Ronaldodan ayrılması xəbərindən sonra paylaşımında qeyd edib: "Qısqanc şayiələr uydurulur, dedi-qodu yayır və axmaqlar buna inanır".

CMTV bu yaxınlarda yazmışdı ki, Kriştiano Ronaldo və Corcina Rodriqes çətin günlər keçir. Xəbərdə 7 ildir birlikdə olan cütlüyün ayrılacağı iddia edilib. Ayrılığın baş verəcəyi təqdirdə Kriştiano Ronaldonun Corcina Rodriqesə 350 milyon avro ödəyə biləcəyi bildirilirdi. Bu pulun Ronaldonun sərvətinin 35 faizinə uyğun olduğu qeyd edilib.

Digər tərəfdən, Kriştiano Ronaldonun Corcina Rodriqesin davamlı alış-veriş etməsindən şikayətçi olduğu qeyd edilirdi. Jurnalist Daniel Nascimento isə yazıb: "Corcina hər zaman gününü ticarət mərkəzlərində keçirir. Bu səbəbdən onu bezdirir. O, həmişə xərcləyir, xərcləyir və xərcləyir, başqa heç nə etmir". 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4752
avatar

Oxşar yazılar