Rəsmən boşandılar  - Vanda Nara qəzəblənib  zalı tərk etdi
29 may 2025 17:08 (UTC +04:00)

Rəsmən boşandılar - Vanda Nara qəzəblənib zalı tərk etdi

Qalmaqallı evlilikləri ilə tez-tez gündəmdə olan Mauro İkardi və Vanda Nara rəsmən boşanıblar. Keyta Baldenin məhkəmə zalındakı görüntüləri böhrana səbəb olarkən, Vanda Nara qəzəbindən partlayıb və iclası tərk edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi və keçmiş menecer həyat yoldaşı Vanda Nara rəsmən boşanıb. Uzun müddətdir gündəmdə olan cütlüyün boşanma prosesi ikinci iclasda kifayət qədər qalmaqallı keçib. 

Boşanma davasının ikinci iclasında Mauro İkardi və Vanda Nara yenidən məhkəmə zalında üz-üzə gəlib. Argentinalı jurnalist Luis Ventura sosial media hesabından verdiyi açıqlamada məhkəmə prosesi ilə bağlı bəzi təfərrüatları paylaşıb. 

Ventura iclası "halqa salonu" kimi qiymətləndirərək tərəflərin bir-birini sıxışdırdığını bildirib. O bildirib ki, dinləmənin ən gərgin məqamı əvvəllər adı sevgi şayiələrində hallanan Vanda Nara və Keyta Baldenin görüntülərinin səsləndirilməsi olub. 

Venturanın sözlərinə görə, Vanda Nara bu görüntülərə qəzəbindən partlayıb və heç bir açıqlama vermədən məhkəmə zalını tərk edib. İlk iclasda üstünlüyə malik olan tərəfin Mauro İkardi olduğu bildirilib. Uzun müddət medianın diqqət mərkəzində olan cütlüyün ayrılması həm futbol, həm də maqazin aləmində böyük əks-səda doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar