Qadının həyatını məhv edə biləcək  kişi tipləri: Uzaq durmaqda fayda var
31 iyul 2025 11:53 (UTC +04:00)

Qadının həyatını məhv edə biləcək kişi tipləri: Uzaq durmaqda fayda var

Xarici görünüşcə bəzi kişilər xarizmatik, diqqətli və səxavətli təsiri bağışlaya bilər. Lakin zaman keçdikcə münasibətlər xaosa, manipulyasiyaya və emosional tükənmişliyə çevrilir. Belə kişilər arxalarında sındırılmış qəlblər və məhv olmuş şəxsiyyətlər qoyurlar.

Lent.az xarici mediaya istinadən psixoloji baxımdan qadınların həyatını pozmağa meyilli olan təhlükəli kişi tiplərini açıqlayır. 

1. Mələk sifətli narsist

İlk mərhələdə sizi iltifatlara qərq edir, amma zamanla özünə sitayiş tələb etməyə başlayır. Söhbətlərin mərkəzi yalnız o olur. Ən əsas xüsusiyyəti isə heç vaxt günahını qəbul etmir. Mübahisədən sonra elə davranır ki, guya heç nə olmayıb.

2. Aşağı özünəqiymətli kişi

Bu kişini tanımaq çətindir, zaman tələb edir. O, daima təsdiq axtarır, çox vaxt sizi günah hissi ilə manipulyasiya edir. Zamanla sizin sosial çevrənizi və karyera imkanlarınızı məhdudlaşdırır, çünki sizi özündən üstün görmək istəmir.

3. Əbədi qurban

Onun həyatı daim dramla doludur: ana başa düşməyib, rəhbər təzyiq göstərib, siz isə “yenə dəstək olmamısınız”. Bu tip sizi emosional olaraq tükəndirir və tezliklə özünüzü günahkar hiss etdirir. Ayrıldıqdan sonra belə sizi bütün problemlərində ittiham edir.

4. İntellektual nəzarətçi

Qışqırmır, amma xahiş edir: “bunu geyinmə”, “onunla getmə”, “çox gülmə”.
Onun nəzarəti “qayğı” adı altında verilir. Telefonu yoxlayır, addımlarınızı izləyir, qısqanclığını “sevgi” ilə əsaslandırır.

5. Vaxtınızı boşa sərf edən kişi

O, sizin üçün dəyişməyə, keçmişi bağlamağa və gələcəklə bağlı məsuliyyət daşımağa hazır deyil. Sizi müəyyən olunmamış vəziyyətdə saxlayır, “isti-soyuq” oyunu oynayır və gələcək barədə danışmaqdan yayınır.

6. Kamuflyajlı manipulyator

Hər şeyə uyğunlaşır, amma bu elastiklik yox, oyundur. Ona nəsə sərf etməyəndə maskasını çıxarır və ya yox olur. Bu tip insanla həqiqi kim olduğunu bilmirsiniz, çünki obraz yaradır və ani şəkildə yoxa çıxır.

7. Alçaldan kişi

Bu kişilər birbaşa deyil, gizli şəkildə təhqir edir: sarkazm, hisslərinizi kiçiltmək (“sən çox emosionalsan”) və ya gaslighting (“sən hər şeyi uydurmusan”).

Bu emosional zorakılıq formasıdır və özünə inamı məhv edir, sizi özünüzə nifrət etməyə gətirib çıxarır.

8. Soyuq və  riyazi “ağıllı”

Zəka və xarizma ilə seçilir, amma emosional olaraq tam uzaqdır. Sizinlə emosional bağ qura bilmir.
Sizi “çox həssassan” deməklə öz davranışlarına haqq qazandırır, konfliktləri hisssiz analizlə cavablandırır.

9. Qadını maddi maraqda ittiham edən kişi

Öz maddi güvənsizliyi səbəbindən qadını pul üçün münasibət qurmaqda ittiham edir.

Sizi yoxlayır, xərclərinizi sorğulayır, qazancınızı mütəmadi izləyir və etibar etməyərək hər şeyi bərabərləşdirməyə çalışır.

10. Anı yaşayan sehrbaz

Sizi güldürür, macəralar və romantik axşamlarla valeh edir. Amma gələcəklə bağlı danışanda yoxa çıxır – “özünü axtarır”, “hazır deyil”.
Fiziki və emosional yaxınlığı yalnız özünə sərf edən zaman qurur.

11. Avtoritar “ata” tipi

Sizi partnyor yox, tərbiyələndirilməsi gərəkən uşaq kimi görür. O “necə lazımdır” deyə bilir və sizə öz seçim haqqınızı tanımır.
Sizin ideyalarınızı, məqsədlərinizi və hisslərinizi kiçildir və idarə edir.

12. Onun həyatında sizin yeriniz yoxdur

Sizi ailəsi, dostları ilə tanış etmir, gələcəklə bağlı planlara daxil etmir. Görüşlər boş vaxtına və ya hobbidən sonra planlanır – siz ikinci, bəlkə də on ikinci plandasınız.

13. Qadını mülkiyyət kimi görən kişi

Bu kişi düşünür ki, qadın kişi üçündür və onu idarə etməlidir.
Hər addımınıza nəzarət edir, müstəqillik cəhdinizi cəzalandırır, hətta fiziki zorakılığa əl atır.

Bir çox qadın yalnızlıq qorxusuna və ya dəyişəcəyinə olan ümidə görə bu tiplərə dözür. Amma həqiqət budur ki, toksik kişi dəyişməyəcək, istisna ancaq uzunmüddətli terapiya ilə mümkündür.

Sizin həyatınız reabilitasiya mərkəzi deyil. Özünüzü sevin, siqnalları vaxtında görün və "xeyr" deməkdən qorxmayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar