Hindistanın şimalında yerləşən Uttarakhand əyalətində qəribə hadisə yaşanıb.
Lent.az xəbər verir ki, yaşlı cütlük yeganə oğullarını və onun həyat yoldaşını uşaqları olmadığı üçün məhkəməyə veriblər.
Onlar övladının evliliyindən 6 il keçməsinə baxmayaraq, hələ də nəvə sahibi olmadıqları üçün şikayət ediblər.
Cütlük məhkəmədə oğulun pilot təhsili üçün Amerikaya göndərdiklərini, qayıtdıqdan sonra ona dəbdəbəli toy etdiklərini bildirib. Onlar bu əziyyətlərinin qarşılığını istədiklərini qeyd ediblər.
57 yaşlı qadın hakim qarşısında, "Oğlum altı ildir evlidir və hələ də uşaq düşünmürlər. Heç olmasa, bir nəvəmiz olsa, vaxtımız keçərdi. Çünki artıq ağrılarımız dözülməz hala gəlib", - deyib.