Milyarder özünə   dəbdəbəli nişan məclisi təşkil etdi
04 avqust 2023 16:38 (UTC +04:00)

Milyarder özünə dəbdəbəli nişan məclisi təşkil etdi

“Amazon”un qurucusu milyarder Ceff Bezos və sevgilisi Lauren Sançes yaxtasında dostları ilə birlikdə dəbdəbəli nişan gecəsi təşkil edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gecə İtaliyanın Pozitano şəhərində keçirilib. Qonaqlar arasında Bill Qeyts və sevgilisi Paula Hurd olub. 

Rupert Merdokun keçmiş həyat yoldaşı, amerikalı sahibkar Vendi Merdok da Bezos və Sançesin nişan məclisində iştirak edib.

Qeyd edək ki, may ayında Bezos 5 illik tanışlıqdan sonra Sançesə 2,5 milyon dollar dəyərində 20 karatlıq üzüklə evlilik təklif etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8415
avatar

Sevinc Fərid

Oxşar yazılar