Məktəbli oğlan qıza görə intihara cəhd etdi
09 sentyabr 2023 15:54 (UTC +04:00)

Məktəbli oğlan qıza görə intihara cəhd etdi

Xantı-Mansiysk Muxtar Dairəsində 14 yaşlı məktəbli sevgilisi imtina etdiyi üçün intihara cəhd edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Urayda baş verib. Oğlan bir qızla onlayn oyun zamanı tanış olub. Məktəbli həmin qıza aşiq olub və bir müddət danışıblar. Amma sonra qız ondan ayrılmaq qərarına gəlib.

Gənc çox əziyyət çəkib və ölmək qərarına gəlib.

Yeniyetmə xoşbəxtlikdən işi bitirə bilməyib və özü təcili yardım çağırıb. Şagird xəstəxanaya aparılıb və hər şeyi anasına deyib. Oğlan əvvəlcə dostlarının xəyanətinə görə intihar etmək qərarına gəldiyini desə də, sonra qıza görə bunu etdiyini dilə gətirib.

Hazırda şagirdin vəziyyəti normaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4866
avatar

Oxşar yazılar