Mavis Alvarez Reqo
20 noyabr 2021 23:10 (UTC +04:00)

Mavis Alvarez Reqo

Maradona məni zorladı: anam qapının ağzında ağlayırdı

Kubalı Mavis Alvarez Reqo əfsanəvi futbolçu Dieqo Maradonanın yetkinlik yaşına çatmayanda ona təcavüz etdiyini etiraf edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, 2001-ci ildə onun cəmi 17 yaşı olanda Kubada baş verib.

Qadının dediyinə görə, Maradona onu zorlayarkən anası qapının kənarında dayanıb, onu evə buraxmayıb.

“Anam evə gəldi, lakin Maradona qapını açmaq istəmədi. Qışqırmamaq üçün ağzımı bağladı, məni söydü. Anam qapının o biri tərəfində idi. Anam orada olduğumuzu bildiyi üçün qapını döyüb ağladı”, - Alvares deyib.

Daha sonra Maradona Mavis Alvaresi istəyinə zidd olaraq özü ilə Argentinaya aparıb və onu qapalı yerdə saxlayıb. Qadının sözlərinə görə, Maradona onu ölkədən çıxarmağa icazə almaq üçün Kubanın o vaxtkı lideri Fidel Kastroya müraciət edib.

Mavis indi insan alveri ilə bağlı məhkəmədə ifadə vermək üçün 20 ildən sonra ilk dəfə Buenos-Ayresə qayıdıb.

Təqsirləndirilən şəxslər ötən ilin noyabrında 60 yaşında dünyasını dəyişən Maradonanın çevrəsindən olan beş nəfərdir.

# 13611
avatar

Oxşar yazılar