İnsanlar neçə dəfə aşiq ola bilər?-  Qadınlar kişilərdən daha çox...
03 iyun 2023 09:23 (UTC +04:00)

İnsanlar neçə dəfə aşiq ola bilər?- Qadınlar kişilərdən daha çox...

Tamamilə biokimyəvi proses olan sevgi insanın beynində baş verir. Aşiq olan bir insanın beynində meydana gələn biokimyəvi fərqlər qan miqdarına və aktiv bölgələrin sayına görə MR-də aydın şəkildə göstərilə bilər.

Elmi dillə desək, sevgi hissinə səbəb olan əsas hormonlar və kimyəvi maddələr testosteron, estrogen, dopamin, norepinefrin, serotonin, oksitosin və nəhayət vazopressindir.

Sevgini xüsusi edən bu hormonların və kimyəvi maddələrin möcüzəvi nisbətlərdə bir araya gəlməsi və qarşıdakı insana sevgi bəxş etməsidir.

İnsan ömründə neçə dəfə aşiq ola bilər?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aşiq olmağın bir həddi var, lakin bu həd cinsə və sosial-iqtisadi vəziyyətə görə dəyişir.

Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırmaya görə, məlum olub ki, avropalı kişilər həyatları boyu 5,6 dəfə aşiq olurlar. Avropalı qadınların həyatları boyu 15 dəfə aşiq ola bildikləri müəyyən edilib.

Eyni araşdırma Afrikada kişilər və qadınlar üzərində aparıldıqda, məlumatların olduqca təəccüblü olduğu ortaya çıxıb.

Afrikalı kişilərin əksəriyyəti həyatları boyu heç vaxt aşiq olmayıb və çox az adamın bir və ya iki dəfə aşiq olduğu aşkar edilib.

Afrikalı qadınların kişilərdən 3 dəfə çox aşiq olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində insanların aşiq olmasına təsir edən əsas amillər arasında sosial-iqtisadi dəyərlər və cinsin əhəmiyyəti göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3630
avatar

Fidan İlqar

Oxşar yazılar