Heyvanları və maşınları yandı:  İntihar etdilər
19 dekabr 2021 19:29 (UTC +04:00)

Heyvanları və maşınları yandı: İntihar etdilər

Sverdlovsk vilayətinin Barançinski kəndindəki mənzillərin birində ər və arvadın meyiti tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ər-arvadın evi bütün əşyaları və mal-qarası ilə birlikdə yanıb.

Yerli sakinlər ölümü mistika ilə əlaqələndiriblər. Məlumata görə, dekabrın 9-da bütün əmlaka ziyan dəydiyi, 10 keçi, 5 qaz, eyni sayda toyuq və bir itin tələf olduğu yanğının ilkin səbəbi elektrik naqillərində problem olub.

Qeyd olunur ki, həmin gün günorta saatlarında ev sahibinin anasına məxsus mənzildə həyat yoldaşı ilə birlikdə ölü tapılıb.

Onların mistik ölümü bir çox suallar doğurub. Müəyyən edilib ki, faciədən bir qədər əvvəl mərhum qadın qızı ilə danışıb.

Üstəlik, ər-arvadın cəsədlərinin tapıldığı mənzilin özü içəridən bağlanıb. Yanğın zamanı ev heyvanlarını xilas etməyə çalışan mərhumun əllərində yanıqlar da olub.
 

# 3540
avatar

Oxşar yazılar