Gəlin bəyi atıb getdi:   Bir gün sonra başqası ilə evləndi
23 yanvar 2022 15:43 (UTC +04:00)

Gəlin bəyi atıb getdi: Bir gün sonra başqası ilə evləndi

Hindistanın Madras ştatının Panruti şəhərində gəlin toydan bir gün əvvəl bəyi tərk edərək başqası ilə evlənib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, yanvarın 20-də mühəndislə aspirantın toyu olmalı idi. Mərasim ərəfəsində qohumlar dicey dəvət edərək qala-ziyafət keçirmək qərarına gəliblər.

Bəy və gəlin musiqi sədaları altında sevinclə rəqs ediblər və qızın əmisi oğlu onlara qoşulana qədər hər şey rəvan gedib. Əvvəlcə o, cütlüyün əllərindən tutaraq rəqs edib, daha sonra gəlinlə onun sevgilisi arasında dayanaraq əllərini onların çiyinlərinə qoyub, bu isə bəyin narazılığına səbəb olub.

Qəzəbli kişi gəlini və qohumunu itələyib və gəlinin ailəsinin dediyinə görə, qızın üzünə sillə vurub. Gəlin göz yaşlarına boğularaq toyu ləğv edib. Valideynləri onun bu qərarını bəyəniblər. Hadisədən bir neçə saat sonra qohumlar arasından yeni bəy tapmağa müvəffəq olublar və səhəri gün cütlük toy edib.

Keçmiş gəlinin və onun qohumlarının qərarı bəyi qəzəbləndirib - o, ziyafət və toya 700 min hind rupisi (9518 dollar) xərclədiyinə qəzəblənib və polisə ərizə ilə müraciət edərək istintaq aparılmasını və pulun ona qaytarılmasını tələb edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4527
avatar

Oxşar yazılar