Münasibətlərdə seçici olmaq və partnyoru ideallaşdırmağa tələsməmək məsləhətdir. Çünki zaman keçdikcə münasibətdə olduğunuz insan fərqli xasiyyətlərini, xarakter xüsusiyyətlərini göstərəcək. İlk başlarda hər kəs özü kimi olmur. Bir müddət keçdikdən sonra isə insan öz kimliyini ortaya qoyur.
Lent.az xəbər verir ki, bəzi şəxsiyyət tipləri var ki, onlar münasibətə başlamaq üçün doğru seçim deyil. Psixoloqlar bununla bağlı bir neçə məsləhət verib. Münasibətə uyğun olmayan əlamətləri təqdim edirik:
Təhsil və həyat dəyərləri ilə bağlı problemlər.
Bu, insanın hələ həyat yolu ilə bağlı qərar vermədiyini göstərir.
Tez-tez uyğun olmayan reaksiyalar.
Həddindən artıq emosionallıq psixoloji qeyri-sabitlikdən xəbər verir.
Evlilik yolu ilə maliyyə problemlərini yaxşılaşdırmaq istəyi.
Pis həyat tərzi.
Məsələn, tez-tez spirtli içki içmək, “klub” həyatı və s.
Çoxlu sayda zərərli oyunlar.
Bu, yalnız alkoqol və siqaret demək deyil. Məsələn, qumar, alış-veriş asılılığı və hətta cinayət meylləri ola bilər.