"Birlikdə  yaşaya bilmərik"   - Zelenskinin arvadı DANIŞDI -  VİDEO
20 dekabr 2023 15:43 (UTC +04:00)

"Birlikdə yaşaya bilmərik" - Zelenskinin arvadı DANIŞDI - VİDEO

Ukraynanın birinci xanımı Yelena Zelenskaya müharibənin ailələrə, o cümlədən öz ailəsinə necə təsir etdiyindən danışıb. Vladimir Zelenskinin həyat yoldaşının sözlərinə görə, müharibə onları ikiyə bölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın ZDF kanalına verdiyi müsahibədə o, indi uşaqları ilə yaşadığını və ərinin daim işdə olduğunu və orada da yaşadığını etiraf edib.

"Hamımız indi bir yerdə yaşaya bilmərik. Bəli, bəzən bir-birimizi görə bilirik, amma hər zaman ola bilməz. Uşaqlar, əlbəttə ki, onun üçün darıxırlar. 

Xoşbəxtlikdən, nə üçün mübarizə apardığımızı, onun nə uğrunda mübarizə apardığını, niyə biz yerdə ola bilmərik, bunu hamımız bilirik”, - Zelenskaya bildirib.

O, əlavə edib ki, bu, ərinin günahı deyil və uşaqlar indi ölkədə nə baş verdiyini və atalarının niyə işdə yaşadığını yaxşı başa düşürlər.

"Sadəcə birlikdə olmaq üçün daha çox vaxt istəyirik", - birinci xanım əlavə edib.

Bundan əlavə, Zelenskaya aydınlaşdırıb ki, yalnız qələbəni və ailələrimizə qovuşmağı gözləyə bilərik.

"Niyə hamı hələ də müharibənin bitməsi üçün qələbəni bu qədər çox istəyir? Yenidən görüşmək, bir ailə ola bilməyimiz üçün. Bu, xüsusilə indi, Milad bayramlarından əvvəl, ənənəyə görə, bütün ailənin lazım olduğu zaman hiss olunur. Hamı süfrə başına toplaşsın və bu ənənə indi çoxları üçün mümkün deyil”,  - Yelena Vladimirovna yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14145
avatar

Oxşar yazılar