Rusiyalı futbolçu Pavel Mamayevin keçmiş arvadı Alana onu məhkəməyə verib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Alana öz ərindən yarım milyard rubl (66 min dollardan çox) pul təzminatı istəyir.
Onun dediyinə görə, birgə yaşayış vaxtı Pavel ondan 478 milyon rubl (təxminən 11 milyon manat) gizlədib. Həmin pula o, bir neçə mənzil və “Lexus LX 570” markalı avtomobil alıb.
Qeyd edək ki, onların bu evlilikdən 3 övladı var.