Şeyma Subaşı ilə boşandıqdan sonra Ayça Çağla Altunkaya ilə münasibətə başlayan Acun Ilıcalı sevgilisi üçün sürpriz ad günü mərasimi təşkil edib.
Lent.az xəbər verir ki, aparıcı bununla yanaşı, sevgilisi ilə şəklini paylaşaraq bu sözləri yazıb:
“Duyğularımı bu gün qulağına dedim. Hər kəs eşitməsin. Ad günün mübarək, hər günümüz belə xoşbəxt keçsin”.