94% dəqiqliklə boşanmanı PROQNOZLAŞDIRMAQ
13 fevral 2024 15:26 (UTC +04:00)

94% dəqiqliklə boşanmanı PROQNOZLAŞDIRMAQ

İnsanlar həmişə həyatlarının sonuna qədər davam edəcək xoşbəxt bir evlilik yaratmağa çalışırlar. Amma praktikada ilk nikahların təxminən 40%-i boşanma ilə bitir. Və əksər hallarda psixoloqlar bunu proqnozlaşdıra bilirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə münasibətlər və evlilik üzrə tədqiqatçı-terapevt Pr.D. Con Qottman danışıb.

O, minlərlə cütlüyün müşahidələrinə əsaslanaraq, boşanmalara səbəb olan ən çox rast gəlinən münasibətlər tələlərini müəyyən edib. Qottmanlar boşanmanı 94% dəqiqliklə proqnozlaşdırmağı öyrəniblər. Bunun üçün onlar 40 mindən çox evli cütlüyün davranışını öyrənməli olublar.

Tədqiqatın müəllifləri deyirlər ki, dəstək bəlkə də uzunmüddətli evliliyin əsas təminatıdır. Belə ki, xoşbəxt cütlüklər boşanma ilə üzləşən cütlüklərdən 20 dəfə çox partnyorlarına müraciət edirlər. Eyni zamanda tədqiqatçılar belə qənaətə gəliblər ki, tərəfdaşdın kömək və dəstək istəyinə məhəl qoymamaq təklifi rədd etməkdən daha çox evliliyə zərər verir.

Tədqiqatçılar həmçinin nikahı məhv edən dörd davranış növünü müəyyənləşdirirlər: tənqid, hörmətsizlik, müdafiə və tərəfdaşdan emosional təcrid.

Beləliklə, növbəti dəfə partnyorunuz sizdən YouTube-da gülməli videoya baxmağınızı xahiş etdikdə və ya birlikdə supermarketə getməyi təklif etdikdə, onun xahişini rədd etməyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4806
avatar

Fidan İlqar

Oxşar yazılar