“Oskar” mükafatı laureatı, 60 yaşlı Mişel Yeo 19 illik görüşdən sonra evlənib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aktrisanın ərə getdiyi şəxs keçmiş “Formula 1” yarış direktoru 77 yaşlı Jan Todtdur. Aşiqlərin toyu Cenevrədə (İsveçrə) baş tutub. Toy xəbərini “Instagram”da tədbirdə iştirak edən braziliyalı “Formula 1” pilotu Felipe Massa açıqlayıb.
Mişel və Jan 2004-cü ilin iyununda tanış olublar və ay yarım sonra nişanlanıblar.
“2004-cü il iyunun 4-də Şanxayda görüşdük. 2004-cü il iyulun 24-də J.T. M.E.yə evlənməyi təklif edi və o, “HƏ” deyib! Bu gün, 6992 gündən sonra, 2023-cü il iyulun 27-də Cenevrədə, mehriban ailə və dostların əhatəsində, biz bu xüsusi anı birlikdə qeyd etməkdən xoşbəxtik!” - yeni evlənənlər yazıb.
Jan Todt fransız idmançı, dizayner və idman meneceridir. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) keçmiş prezidentidir (2009-2021). 1993-2007-ci illərdə “Ferrari” “Formula 1” komandasının idman direktoru olub. Todt həm də Fəxri Legion Ordeninin kavaleri və Malayziyanın cəngavər rütbəsinə bərabər olan "Datuk Seri" fəxri adıdır. Doğulduğu Pyerforda bir küçə onun adını daşıyır.