Qumar biznesini qoruyan əfsanəvi CİNAYƏTKAR DƏSTƏ
15 oktyabr 2024 20:15 (UTC +04:00)

Qumar biznesini qoruyan əfsanəvi CİNAYƏTKAR DƏSTƏ

Rusiyanın ən qədim mütəşəkkil cinayətkar qruplarından birinin liderləri milyonlar qazanması, ölümdən dəfələrlə qaçması hələ də müzakirə edilən mövzulardan biridir.

Lent.az “Cinayət dosyesi” rubrikasında bu dəfə sizə sözügedən mövzu barədə söhbət açacaq.

“Taqanski” adlanan mütəşəkkil cinayətkar qruplaşma Rusiyanın ən qədim cinayətkar dəstələrindən biri olub. Qeyd edək ki, 90-cı illərdən bəri mövcud olan bu mütəşəkkil cinayətkar qrupdan hamı çəkinib. Uzun illər nə digər kriminal rəqiblər, nə də ki, hüquq-mühafizə orqanları onların qarşısına çıxa bilməyib. Onlar sanki toxunulmaz idi.

Əksər oxşar qruplardan fərqli olaraq, “Taqanski”lərin özlərinin ayrıca kəşfiyyat xidməti var idi. Elə buna görə də onlar statusundan asılı olmayaraq istənilən rəqibi amansızcasına məhv edirdilər. Qrup bu özəlliyi həmişə digərlərindən seçilib.

Baxmayaraq ki, Rusiya kriminal dünyasının liderləri o zaman “Ded Xasan” ləqəbli Aslan Usoyan hesab edilirdi.

Hər zəncirdə zəif bir halqa olduğu kimi, “Taqanski”lərdən də “çürük alma” tapıldı. Qrupun qatillərindən biri bir gün polisin əlinə keçir. O yaxalandığı zamanı susmağı bacarmır. Bu hadisənin üzərindən çox keçmir ki, qrupun bütün patronları dəmir barmaqlıqlar arxasına alınır.

“Taqanski”lər fəaliyyətə nə vaxt başladı?

“Taqanski” mütəşəkkil cinayətkar qrupu 80-ci illərin əvvəllərindən fəaliyyətə başlayıb. Qrupun üzvləri əvvəlcə reketçiliklə məşğul olurdular. Xüsusi adamları, onların əmlakını, o cümlədən qumar biznesini qoruyurdular. Bəzən quldurluq və soyğunçuluq belə ediblər. Ancaq 90-cı illərin gəlişi ilə hər şey dəyişdi. Moskvanın tam mərkəzində fəaliyyət göstərən qrupun başında yeni insanlar dayandı.

1992-ci ildə bütün postsovet məkanının əsas “qanuni oğru”su hesab edilən “Yaponçik” ləqəbli Vyaçeslav İvankova, “Rospis” ləqəbli gənc avtoritet Andrey İsayevə “oğru” titulu verdi.

“Rospis” ləqəbli gənc avtoritet Andrey İsayev

“Yaponçik” hesab edirdi ki, o ağır illərdə cinayətkar aləmdə "general"lara həqiqətən ehtiyac var. Çünki o illərdə Moskvanın kriminal aləmində vəziyyət son həddə çatırdı, hər şey pisləşirdi.

Bunun səbəblərindən biri paytaxtda saxta “qanuni oğru”ların  gəlməsi idi. Onlar “oğru” titullarını çox zaman pulla alırdılar. Əslində isə onların əsl “oğrular”la heç bir əlaqəsi yox idi. Moskvanın kriminal aləminə əsasən çeçenistanlılar hücum edirdi. Və onlar güclü bir qrupda birləşməyi bacarmışdılar. Onlar mütəşəkkil cinayətkar qruplar arasında bölünmüş ərazilərə həyasızcasına soxulur, getdikcə daha çox ticarət məntəqələrini ələ keçirdilər.

Paytaxt cinayətkarları arasında belə bir vəziyyət təbii olaraq şiddətli nifrət doğurdu. Bu vəziyyət kriminal qruplar arasında daimi toqquşmalara səbəb olub. O zaman “Yaponçik” Moskvada asayişi bərpa edə bilən azsaylılardan biri idi. Elə bu zaman o, “Rospis”in qrupuna güc verdi və ona paytaxtda ədalət mühakiməsini həyata keçirmək hüququ imkanı yaradır.

“Rospis” vaxt itirmədən öz komandasını yaratdı. Bu qrupda onunla eyni gündə tac qoyulmuş “oğru” Aleksey Petrov (Petrik) və daha iki “qanuni oğru” - Pyotr Naumenko (Naum) və Viktor Koledov (Kuba) daxil idi.

Bu dörd səlahiyyəti olan avtoritet, “Yaponçik”in "xeyir-duası" ilə “Taqanski” mütəşəkkil cinayətkar qrupuna rəhbərlik edirdi. Qrup çeçen quldurlarına və saxta kriminal avtoritetlərə qarşı mübarizəyə başladı.

“Taqanski” qrupu tez bir zamanda rəqibləri ilə açıq müharibəyə girir. Çeçenlərin nəzarətində olan paytaxtın Kaştan restoranını dağıtdılar, çeçen quldurları özlərinə gəlmədən onları yenidən vurdular. Qrupun qatilləri çeçen avtoritetlərinin üç nüfuzlu üzvünün işgüzar görüşə getdiyi taksiyə hücum etdi. Basqınçılar maşını sözün əsl mənasında deşik-deşik etdilər, sərnişinlər öldü, lakin sürücü sağ qaldı, təbii ki, bu qəza deyildi.

Düşmənlər snayper tüfəngi ilə “Rospis”i vurmağa cəhd etdi. Avtoritetin mühafizəçisi onu üstünə yıxıldı. Lakin güllə mühafizəçinin içindən keçərək “Rospis”in qaraciyərinə dəyib.

Mühafizəçi yerindəcə ölüb, rəisi isə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Həkimlər gülləni çıxara bildilər. Nəticədə ölüm ayağında olan avtoritet ABŞ-a aparıldı, həkimlər onun həyatını xilas etdilər. O, 1994-cü ilin əvvəlində Rusiyaya qayıtdı. Apreldə isə yeni sui-qəsdin qurbanı oldu. Bu dəfə məşhur qatil Aleksey Şerstobitov (Lesha Soldat) tərəfindən vuruldu.

Aleksey Şerstobitov (Lesha Soldat)

Avtoritet yenə möcüzəvi şəkildə sağ qaldı. Növbəti sui qəsdən  sonra “qanuni oğru” Avropaya köçdü və 1997-ci ilin ortalarına qədər orada yaşadı. Lakin killerlər ondan əl çəkmədi. Çünki başına pul qoyulmuşdu. 1997-ci il iyulun 21-də Polşanın Poznan şəhərində onu fotosu sahəsində tapdılar və qətlə yetirdilər. Onun ölümü ilə “Taqanski” qrupu liderini itirdi - lakin məhv olmadı, fəaliyyətini davam etdirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Cavidan HUN

Oxşar yazılar