Yunus Nəzərov, “QaraYunus”
11 oktyabr 2024 20:15 (UTC +04:00)

Yunus Nəzərov, “QaraYunus”

Lotu Bəxtiyarın imam adlandırdığı “qanuni oğru” “Qara Yunus” barədə BİLMƏDİKLƏRİMİZ

Azərbaycanın Yasamal bölgəsində yaşayan Yunus Nəzərov kriminal aləmdə daha çox “Yunus Yasamalski” və ya Qara Yunus kimi tanınıb. 

Lent.az sizə təqdim etdiyi bu yazıda onun barəsində söhbət açacaq. O, 23 yanvar 1961-ci ildə Bakıda doğulub. 
Nəzərovun ən yaxın dostlarından biri Azərbaycanın ən məşhur və nüfuzlu qanun oğrularından biri olan “Baxo Novxaninski” ləqəbli ilə də tanınan mərhum Bəxtiyar Kərimov olub. Amma onu hamı vətənində “Lotu Bəxtiyar” deyə çağırıb. Deyirlər ki, Bəxtiyar sadəliyinə və səmimiliyinə görə Yunus Nəzərovu kriminal aləmin imamı adlandırıb.

1999-cu il yanvarın 7-də keçmiş müdafiə nazirinin müavini general Vahid Musayev Qobustan həbsxanasında məhbus iğtişaşına rəhbərlik edirdi. O zaman məhbəsdə olan Yunus Nəzərovun bircə sözü ilə üsyan dayanıb. Onun sözü asayişin bərpasında həlledici rol oynayıb. “Qanun oğru” məhbusları kameralara getməyə çağırıb. Və deyib ki, biz “qara qardaşlar”ın uniformalı insanlarla bölüşəcək heç bir şeyi yoxdur. 

Məlumatlara görə, 2003-cü ilin mayında Nijni Novqorod polisi Bakıdan gələn Yunus Nəzərovun Dzerjinskdə məskunlaşmaq planlarının qarşısını alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azərbaycanlı qanuni oğru Nijni Novqorod vilayətini tərk etməyə məcbur olub.

Yunus Nəzərov 2006-cı il sentyabrın 24-də Bakı şəhərində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onu “avtoritet aləmində” “razborkaların həllində” yəni hüquqi dildə desək qanunsuz olaraq istintaq aparmağa cəhd ittihamı ilə saxlayıblar. Onunla birlikdə qruplaşmasının iki üzvü: Şamil Mehdiyev və kriminal avtoritet Mübariz Hacızadə saxlanılıb. Əməliyyatçılar Nəzərovun üzərində şəxsi axtarış zamanı 10 qramdan artıq heroin aşkar edərək götürüblər.

Bəzi məlumatlara görə, “QaraYunus”u öldürmək üçün sui-qəsd sifarişi həbsxanadan kənarda verilib. Belə ki, o, Bakıda cəzaçəkmə müəssisəsində olarkən məhkumlardan biri qəsdən adam öldürməyə cəhd edib və “qanuni oğru” 40 yaşlı Yunus Nəzərova ağır bədən xəsarətləri yetirib. 

Oğurluqda təqsirli bilinən Vəfadar Mirzəyev yatmış Nəzərovun döş nahiyəsinə balta ilə bir neçə zərbə endirib. Deyirlər ki, ondan bir gün əvvəl Nəzərov Mirzəyevi möhkəm döyübmüş. İki məhbus arasındakı mübahisəyə koloniya işçiləri müdaxilə edib. Lakin Mirzəyev dinc qalmayıb, kin saxlayaraq Nazarovun yuxuya getməsini gözləyib. “Qanuni oğru” ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Aldığı xəsarətlər kriminal rəhbərinin həyatı üçün təhlükə yaratmayıb. Nəzərovun həyatına qəsd edən kamera yoldaşı isə istintaq təcridxanasına köçürülüb; onun barəsində Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120.2.1-ci ("qəsdən adam öldürməyə cəhd") maddəsi ilə cinayət işi başlanıb.

Sonra mediada onun barəsində başqa məlumatlar gəzdi. Rusiya hüquq-mühafizə orqanları Moskvadakı restoranlardan birində keçirilən “sxodka”ya, kriminal avtoritetlərin toplantısına basqın təşkil edib.

Rusiya DİN-in mətbuat xidməti əməliyyatda 50 kriminal avtoritetin yaxalandığını açıqlayıb. Guya onların hamısı azərbaycanlı olub. Saxlanılanlar arasında 54 yaşlı Azərbaycan vətəndaşı, “Qara Yunus” ləqəbli Yunus Nəzərov da var imiş. İstintaqın bildirdiyinə görə, kriminal avtoritetlər restorana “obşak” üçün pulların yığılması məsələsini və vəsaitlərin bölüşdürülməsini, habelə həbsxanada cəza çəkən kriminal elementlərin maliyyələşdirilməsini müzakirə ediblər.
Məlumata görə, “sxodka” Moskvanın Altaysk küçəsindəki “Neolit” kafesində keçirilib. Saxlanılanlar hamısı “Qara Yunus”un adamları olub və bildirilir ki, onlar azərbaycanlı kriminal avtoritetin iki gün əvvəl tamam olan doğum gününü qeyd etmək üçün toplaşıblar.

Onu da qeyd edək ki, “Yunus Yasamalski” əvvəllər 20 il həbs cəzası çəkib. Deyilənə görə, onun hamıdan gizlətdiyi bir oğlu da var. 

Azərbaycanlı “qanun oğru”, “Yunus Yasamalski” ləqəbli Yunus Nəzərov 22 sentyabr 2023 dünyasını dəyişib. Onun Qazaxıstanda dünyasını dəyişdiyi deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Cavidan HUN

Oxşar yazılar