Düşərgədən parovozla qaçıb əfsanələşən “qanuni oğru”ya CƏZA verildi
26 yanvar 2024 16:04 (UTC +04:00)

Düşərgədən parovozla qaçıb əfsanələşən “qanuni oğru”ya CƏZA verildi

Rusiyanın Odintsovo Şəhər Məhkəməsi “qanuni oğru”, kriminal dairələrdə Vyatlaq kimi tanınan 55 yaşlı Sergey Vasini üç il sınaq müddəti ilə şərti cəzaya məhkum edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, avtoritet 2023-cü il aprelin 13-də Odintsovoda 4,5 qram mefedronla (psixotrop maddə ) yaxalanıb. O, həmin gün cinayət axtarışı əməkdaşları tərəfindən saxlanılıb.

Vyatlaq kriminal aləmdə koloniyadan parovozda qaçaraq məşhurlaşıb. O, 2003-cü ildə “qanuni oğru” adı ilə taclandırılıb. Lakin heç bir kriminal cəmiyyətə aid deyil. O, Sovetlərin Cinayət Məcəlləsinin beş maddəsi ilə dörd dəfə məhkum edilib və ümumilikdə xüsusilə ağır cinayətlərə görə 16 ildən artıq cəza çəkib.

2022-ci ilin yayında cinayət axtarışı əməkdaşları onu Moskvada saxta nömrələrlə 2019-cu il istehsalı olan Harley Davidson FLT RXSE motosikletini idarə etdiyinə görə saxlayıblar.

Qanuni oğru həmin gün saxlanılarkən huşunu itirib. Bəzi mənbələr deyir ki, həmin gün o bu prosesi səhnələşdirib. Sonradan sərbəst buraxılıb.

Bir çox cinayət rəhbərləri Sergey Vasini Vyatlaq düşərgəsində keçirdiyi vaxta görə yaxşı tanıyır. Bəzi mənbələrə görə, o, düşərgədə əsl kimi kimi hörmət qazanıb və özünü hamı kimi sənaye sahəsində çalışan adi bir məhbus olaraq aparıb. Onun həmin düşərgədən parovozla qaçması isə kriminal aləmdə əfsanəyə çevrilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17832
avatar

Cavidan HUN

Oxşar yazılar