Pənah Hüseyn kimdir?  – Verilişlərdə ən çox dava salan QALMAQALLI SİYASƏTÇİ
04 iyul 2024 20:15 (UTC +04:00)

Pənah Hüseyn kimdir? – Verilişlərdə ən çox dava salan QALMAQALLI SİYASƏTÇİ

Lent.az “Bioqrafiya” rubrikasında Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn barədə məlumat verir. Pənah Hüseyn ən qalmaqallı siyasətçilərdən hesab olunur. Tez-tez qatıldığı efirlərdən, canlı yayımlardan dava edərək çıxması ilə yadda qalıb. Ən son qalmaqalı isə Əməkdar jurnalist Tofiq Abbasovla olub. Tərəflər arasında mübahisə əlbəyaxa davaya çevirilib. Bəzi iddiara görə, dava zamanı Pənah Hüseynin burnu qırılıb.


- Pənah Hüseyn harada və nə zaman anadan olub?

Pənah Çodar oğlu Hüseyn 1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub.

- Pənah Hüseyn hansı ali təhsili alıb?

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyində, 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Rus və ingilis dillərini bilir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olub.

- Pənah Hüseyn ailəlidir?

Bəli. Xanımı vəfat edib. 3 övladı var.

- Pənah Hüseyn siyasi karyerasına nə zaman başlayıb? 

1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləyib. 2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub.
Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olub, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında partiya sədri seçilib. 2003-cü ildə həbs edilib.

O, 2005-ci ilin may ayında Azərbaycan Xalq Partiyası Siyasi Şurasından və rəhbər orqanlarından istefa verərək, sıravi üzv olub. 2012-ci il tarixli Azərbaycan Xalq Partiyası II Qurultayında yenidən partiyanın sədri seçilib. O vaxtdan eyni vəzifəni daşıyır.

- Pənah Hüseyni nə üçün “siyasətin qara qutusu” adlandırırlar?

Nə qədər yayınsa, nə qədər ad çəkməməyə çalışsa, nə qədər sirr açmamağa özən göstərsə də, Pənah Hüseyn danışdıqları ilə olaydır. Pənah Hüseyn Azərbaycan siyasətinin ən maraqlı, oyun quran və oyun pozan adamlarındandır. Bu danışığında da hiss olunur. İddialara görə, onu ilk gündən Azərbaycan siyasətinin böyük təşkilatları sıradan çıxarıblar.  Əbülfəz Elçibəyin birbaşa tapşırığına baxmayaraq, onu müxalifətin aparıcı hissəsinə yaxın buraxmayıblar. Hətta AXC “Pənah Hüseynovun AXCP-nin üzvü olmasının məqsədəuyğun olmaması haqqında.” Qərar qəbul edib. Deyilənə görə, hətta onu dost dediyi Müsavat başqanı da yaxın buraxmayıb. 

- Pənah Hüseyn başqa partiya yaradıb?

Pənah Hüseynin 1990-cı ilin 20 yanvar hadisələrindən dərhal sonra yaradılan Şimali Azərbaycan Demokratik Partiyası haqqında da çarpıcı açıqlama verib, “ŞADP-ni mən yaratmışam” deyib. 

-  Pənah Hüseyin təxribatla üzləşib?

P. Hüseyn təxribatla üzləşib. Belə ki, o ofis kimi istifadə etdiyi AXP qərargahında bir qonşu qadının təxribatı ilə üz-üzə qalıb: 
Xeyli sual verən "qonşu" Marqaret Tetçerdən, Pənah Hüseyngilin komandasının xalqı bu günlərə necə salmasından danışıb və əlavə edib ki, onlar burada nə işlə məşğul olurlar, niyə buraya 100-lərlə adam gəlir? 9 aydır AXP-nin qərargahı kimi istifadə olunan ofisə isə heç bir zaman bu sayda adam gəlməyib və heç bir zaman kimsə etiraz etməyib. Məsələnin rənginin siyasi çalarlı olduğunu düşünən siyasi partiya rəhbərləri dərhal 102-yə məlumat verib.

 - Pənah Hüseynin bədii  ədəbiyyata münasibəti necədir?


“Koroğlunu, təkrar-təkrar, bəlkə 100 dəfə oxumuşam. Kitabxanalarda oxumadığım kitab qalmamışdı. Əlimə düşən pullardan əməlli bir şəxsi kitabxanam da yarandı tədricən. Əvvəllər Azərbaycan dilində olanları oxuyurdum. Azərbaycan dilində olmayanları da oxuya bilmək üçün rus dilini öyrəndim. Bibloman olmuşam. İndi kitabxanaya bədii ədəbiyyat üçün yox, elmi, siyasi, məlumat xarakterli kitablar, qəzetlər, jurnallar üçün gedirəm. Həm də, sözün doğrusu kitabxanada özümü nə isə tamamilə fərqli hiss edirəm. Özümü yüngül, çəkisiz, ağrısız hiss etdiyim məkan kitabxanadır”,- deyə o bildirib.

- Pənah Hüseynin bir az davakar obrazı var. Danışırlar ki, metroda özünü yaxşı aparmayan bir gənci döyüb.


 Belə şeylər olub.

- Pənah Hüseyn bir neçə teatrın yerində qalması, qalanlarının isə ləğv olunmasını təklif edib?

Bu suala belə cavab verib:  “Onu deyən qələt eləyir. Elə bir şey olmayıb. Bizim dövrümüz haqqında həmişə miflər danışılır. Mən eşitmişəm ki, guya Elmlər Akademiyanı da ləğv etmək istəmişəm. Ancaq teatrların ləğvi məsələsini birinci dəfə eşidirəm. Yazıçılar Birliyinin binasının Türkiyə səfirliyinə verilməsini də deyənlər var. Deyilənə görə, Yusif Səmədoğlu bu məsələyə görə mənə zəng vurub deyib ki, AYB-nin binasını yazıçılardan alsanız, sizi tüfənglə vuracam. Əsassız, boş şayiələrdir, bizə qarşı siyasi rəqiblərimizin uydurduğu hekayələrdir. Doğrudur, mən bir dəfə bir yaradıcı kollektivin məkanından çıxarılması məsələsini qaldırmışam və bu olub. Bu da bilirsiniz necə oldu? Məlumat verildi ki, KVN-çilərə Nazirlər Kabinetinin binasında yer ayrılıb. Mən demişəm ki, Hökumət binasında KVN olmaz. Onlara başqa, müstəqil və daha geniş yer ayrılıb”,- deyə o qeyd edib.
  
-  Pənah Hüseyn şeir, hekayə yazıb?

- “Şeir yazmayan azərbaycanlı tanımıram Həbsdə yazmışam. Həyat yoldaşım üçün yazmışam. Çap olunmaq üçün yox. Məxsusi, özəl” desə də o xanımı üçün yazdığı kitabı xanımı vəfat edərkən onun yas çadırında təqdim edib. Qəribədir ki, yasda təqdim olunan bu kitabın adı “Xoşbəxtliyin düsturu” idi. Azərbaycanın sabiq baş naziri, AXP sədri Pənah Hüseyn vəfat etmiş xanımı Amamə Hüseynə həsr olunan kitab nəşr etdirib.
303 səhifəlik, nəfis tərtibatlı kitab mərhumə Amamə xanımın vəfatının ildönümündə Sabirabadda, Pənah Hüseynin kəndi Qaraqaşlıda təqdim olunub.
Yas çadırında təqdim olunan kitab haqqında Pənah Hüseyn məlumat verib.

Kitabda Pənah Hüseynin ən müxtəlif illərdə həyat yoldaşına yazdığı özəl məktublar, şeirlər, müraciət və digər yazışmalar yer alıb. 

- Pənah Hüseyn oğlunu özünə müavin təyin edib?

Bəli. AXP sədrinin müavini təyin olunan Vaqif Hüseyn ixtisasca hüquqşünasdır, 44 günlük İkinci Qarabağ Müharibəsində zabit kimi iştirak edib. O, Pənah Hüseynin oğludur.

- Pənah Hüseyn növbəti  seçkilərdə deputatlığa namizədliyini irəli sürüb?

Bəli. O bu barədə bəyanat yayıb. “Özümün isə 68 saylı seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmək niyyətim var. Sabirabad-Şirvan seçki dairəsini əhatə edən seçki platforması ilə prosesə qatılmaq iddiasındayam” deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9252
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar