İcra başçısı təyin edilən Rüstəm Xəlilov kimdir?
17 sentyabr 2024 17:50 (UTC +04:00)

İcra başçısı təyin edilən Rüstəm Xəlilov kimdir?

Xəbər verdiyimiz kimi, Salyan rayonunun icra başçısı dəyişib. 

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təyin edilib.

Rüstəm Xəlilov kimdir?

Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. 

O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləyib. 

Rüstəm Xəlilov 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışıb. 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olub. 

O, 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.

R.Xəlilov Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.

O, 2019-cu ilin dekabrında Hacıqabulun icra başçısı təyin edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5274
avatar

Arzu Qurbanlı

Oxşar yazılar