BAXCP-də yeni vəzifə təyinatları - FOTO
Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, öncə Ali Məclisin gündəliyi müzakirəyə çıxarılıb və təsdiq olunub. Sessiyanın gündəliyinə əsasən, müzakirəyə çıxarılan ilk məsələ Ali Məclis sədrinin seçkilərilə bağlı olub.
Qeyd edək ki, BAXCP Ali Məclisinin sabiq sədri Mikayıl Rəhimov Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün Seçkilər Məcəlləsinin tələblərinə əsasən, Ali Məclis sədrliyindən və partiya üzvlüyündən istefa verib. Sessiyada aparılan müzakirələr zamanı Ali Məclis sədrliyinə BAXCP İdarə Heyətinin üzvü Vaqif Abışovun namizədliyi irəli sürülüb. Ali Məclis üzvləri yekdilliklə Vaqif Abışovun namizədliyini dəstəkləyiblər.
İctimai-siyasi məsələlərin müzakirəsi zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş məruzə ilə çıxış edib.
BAXCP sədrinin məruzəsindən sonra partiyanın baş katibi Söhrab Abdullayev BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərlə bağlı İdarə Heyətinin təkliflərini Ali Məclisin müzakirəsinə təqdim edib. Təklif olunan əlavə və dəyişikliklər səsə qoyulub və yekdilliklə qəbul olunub.
Növbəti məsələnin müzakirəsi isə BAXCP sədrinin təqdimatına əsasən ayrı-ayrı sahələr üzrə katiblərin seçilməsilə bağlı olub. Səsvermə nəticəsində Dünyamalı İmaməliyev humanitar məsələlər üzrə katib, Telman Siyabov ideoloji və təbliğat işləri üzrə katib, Hiyaməddin Orduxanov isə ictimai-siyasi məsələlər üzrə katib vəzifəsinə seçiliblər.
Ali Məclis sədrinin müavini vəzifəsinə isə Faiq İsmayılov seçilib.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54