“Qalatasaray”da şok istefa
Bu gün Türkiyənin “Qalatasaray” futbol klubunun İdarə Heyətinin üzvü Camal Özgörkey istefa verib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Camal Özgörkey klub prezidenti Adnan Polad və idman şöbəsinin direktoru Adnan Sezginə qarşı çıxan birinci vitse-prezident Mehmet Helvacının qrupuna daxildir.
Çempionatda uğursuzluq zolağından çıxa bilməyən “Qalatasaray” futbol klubunun son oyunda da qalib gələ bilməməsindən sonra İdarə Heyətinin sabah fövqəladə toplantısının keçirilməsi barədə qərar verilməsi və bu gün Camal Özgörkeyin istefa qərarını açıqlaması təsadüfi sayılmır.
Qeyd edək ki, hələ “Qalatasaray” “Manisaspor”a öz meydanında 2:0 hesabı ilə uduzandan sonra birinci vtse-prezident Mehmet Helvacı Adnan Polad xaricdə səfərdə olduğu halda İdarə Heyətinin toplantısını çağırmış, Adnan Polad isə İdarə Heyətinin üzvlərinə telefonla onun iştirakı olmadan keçiriləcək toplantının qanunsuz olduğunu bildirmişdi. Bununla belə, həmin toplantıya bu gün istefa verən Camal Özgörkey, o cümlədən Vedat Eşkinat, Yalçın Orhon, Hakan Üstünberk, Doğan Yalçınkaya və İbrahim Çağlar qatılmışdı. İdarə Heyətində qərar çıxarmaq üçün yetərsay olmasa da, toplantıya qatılanlar “Qalatasaray”ın idman şöbəsinin direktoru Adnan Sezginin səlahiyyətlərinin icrasını dayandırmağı zəruri saydıqlarını bəyan etmişdilər. Məsələ ondadır ki, hələ baş məşqçi Frank Raykard istefaya göndərilərkən İdarə Heyəti Adnan Sezginin də fəaliyyətinə son qoyulmasına səs verib, ancaq Adnan Polad və Adnan Sezgin bu qərarı yerinə yetirməyib.
Türkiyənin idman yazarları hesab edirlər ki, “Qalatasaray” prezidenti Adnan Polad İdarə Heyətində birinci vtse-prezidentin rəhbərliyi altında formalaşan qrupu zərərsizləşdirməyə, bundan sonra da öz yoluna Adnan Sezginlə davam etməyə qərar verərsə, sabah keçiriləcək toplantıda klub rəhbərliyinin bölünməsi qaçılmaz olacaq. Bu isə klubda yeni rəhbərliyin seçilməsini gündəmə gətirəcək.

Oxşar yazılar

“Real” əfsanələri ilə müqaviləni uzadacaq
2 may 2025 , 09:37
“Yunayted” səfərdə, “Tottenhem” evdə sevindi
2 may 2025 , 01:22
“Çelsi” və “Betis” finalın bir addımlığında
2 may 2025 , 01:05
"Bavariya" "Bayer"in lideri uğrunda "Barselona" ilə mübarizə aparacaq
1 may 2025 , 19:45
Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı
1 may 2025 , 17:40
"Bayer" 19 yaşlı yarımmüdafiəçini transfer etdi
1 may 2025 , 14:54
Dünyanın ən yaxşı 10 bombardiri - SİYAHI
1 may 2025 , 09:37
“Fənərbaxça” - “Beşiktaş” oyununun baş hakimi müəyyənləşdi
30 aprel 2025 , 20:34