ABŞ artıq Rusiya və Ukrayna arasında vasitəçi olmayacaq
02 may 2025 03:36 (UTC +04:00)

ABŞ artıq Rusiya və Ukrayna arasında vasitəçi olmayacaq

Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik,” – deyə Brüus vurğulayıb.

O əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar