Bu yaxınlarda türkiyəli iş adamı Mustafa Yiğit Zeren 600 milyon dolları mənimsəmək ittihamlarından hər cür cəhdlə özünü doğrultmaq istəsə də də, hələlik heç bir nəticə əldə olunmayıb.
Lent.az xəbər verir ki, Zeren hazırda dələduzluq cinayəti ilə bağlı beynəlxalq axtarışdadır.
Yada salaq ki, Mustafa Zeren şəriki Böyük Britaniya vətəndaşı olan azərbaycanlı biznesmen Fuad Hüseynli ilə birlikdə Rusiya bankından 600 milyon dollar oğurlamaq planı hazırlayıb və onu həyata keçiriblər.
Əvvəlcə bank rus neft treyderi ilə xarici alıcılar arasında bağlanmış sövdələşmədə kreditor kimi çıxış edib və bu əməliyyatın qanuniliyini təmin etmək üçün vasitəçi kimi Zerenin maliyyə xidmətləri tələb olunurdu. Amma Mustafa və Fuad namizədlər zəncirindən istifadə edərək pulu öz hesablarına köçürüblər.
Fırıldaqçılıq sxemi nəticəsində sıravi mühasib Mustafa Zeren və onun az tanınan “Zeren Qrup”u çoxsaylı bahalı aktivlərin, o cümlədən Türkiyənin ən böyük yanacaq holdinqi “Alpet”in sahibi olub.
Fuad hələ yeni aktivlərini nümayiş etdirmir. O, 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankından 4,3 milyon dollar və 233 milyon rubl oğurlanması nəticəsində vurduğu ziyanı tam ödəməklə yalnız Moskvada həbsdən azad edilib.
Zeren hazırda dələduzluq cinayəti ilə bağlı beynəlxalq axtarışdadır.
Qeyd edək ki, 2 gün əvvəl Rusiya bankından 600 milyon dollar mənimsənilməsi işi üzrə Fuad Hüseynlinin digər şəriki Taras Kozaka cinayət işi açılması barədə xəbər vermişdik.