Əlcəzair millisinin yarımmüdafiəçisi İbrahimə Maza "Herta"dan "Bayer"ə keçib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Leverkuzen klubunun mətbuat xidməti xəbər verir ki, tərəflər arasında 2030-cu ilə qədər müqavilə imzalanıb.
Maza ikinci Bundesliqanın cari mövsümündə “Herta”nın heyətində 32 oyun keçirib. Onun hesabında yeddi qol və beş məhsuldar ötürmə var. Bildirilib ki, “Bayer”in ilk yay transferi 12 milyon avro ola bilərdi. 19 yaşlı “Herta” akademiyasının məzunu qışda “Milan” və “Porto”dan gələn təklifləri geri çevirərək Almaniyada qalmağa üstünlük verib.
Qeyd edək ki, Xavi Alonsonun yetirmələri Almaniyanın hazırkı çempionudur. Cari Bundesliqa mövsümündə 31 oyunda 67 xal toplayan “Bayer”in çempionluq titulunu qazanmaq üçün nəzəri şansı hələ də var.