
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb

BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilir.
APA-nın xəbərinə görə, bu gün və sabah BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər.
İki günlük xüsusi sessiyada dekabrın 3-də keçiriləcək ümumi müzakirlər, dekabrın 4-də isə mütəxəssislər, BMT agentlikləri və aparıcı elm adamları ilə interaktiv dialoqlar olacaq.
Sessiyanın ilk günündə BMT Baş Assambleyasının Prezidenti, BMT Baş katibi, İqtisadi və Sosial Şuranın və Təhlüksizlik Şurasının Prezidentləri, Qoşulmama Hərəkatı Təşkilatının sədri çıxış edəcək və daha sonra dünya liderlərinin pandemiya ilə mübarizə təcrübələri və COVID-19-la bağlı ehtiyaclar barədə mesajları təqdim olunacaq.
Sessiyanın ikinci günündə isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təqdimatı, səhiyyə və humanitar cavab, peyvəndin inkişafı və sosial-iqtisadi bərpa məsələlərini əhatə edən üç panel müzakirəsi keçiriləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev çıxış edib.

Oxşar yazılar

20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12
Vətən müharibəsində şəhid olanların yeni SİYAHISI
18 yanvar 2021 , 17:33
Prezidentdən insanların əlindən torpaq alanlara XƏBƏRDARLIQ
18 yanvar 2021 , 16:26