
Azərbaycan koronavirus əleyhinə hansı peyvəndi alacaq? - TƏBİB-dən AÇIQLAMA

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, ÜST peyvəndi təsdiqləyərsə, o zaman əldə olunacaq.
"Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq", - deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, Böyük Britaniya koronavirusa qarşı dünyada birinci olaraq Pfizer-BioNtech vaksinini istifadə üçün bəyənib.
Vaksinin gələn həftədən bütün ölkə üzrə tətbiqinə başlanılacaq.
Koronavirusa qarşı Pfizer-BioNtech vaksini ÜST tərəfindən hələlik təsdiqlənməyib.

Oxşar yazılar

Taksidən istifadə edənlərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 10:13
"...sən 13 il əvvəl şəhid oğlumla mənim şəklini çəkmisən" - Qəhrəman Ülvinin DASTANI
21 yanvar 2021 , 10:12
Azərbaycanda istehsal olunan minik avtomobillərinin SAYI
21 yanvar 2021 , 10:05
Ölkə əhalisinin yeni sayı AÇIQLANDI
21 yanvar 2021 , 09:52
"Dərs vaxtı"nın bugünkü CƏDVƏLİ
21 yanvar 2021 , 09:25
Qanunsuz ov məhsullarını satan şəxslər CƏZALANDIRILDI
21 yanvar 2021 , 09:18
Buzlu havada avtomobili necə sürmək lazımdır? - TÖVSİYƏ
21 yanvar 2021 , 09:02
Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26