taxi
18:06 29 noyabr 2020

67 yaşlı qadının meyitini tapdılar

Qusar rayonunda evdə 67 yaşlı qadının meyiti tapılıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qusar rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Abdulkərimova Fatma Beydullayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 805
avatar

Oxşar yazılar