
Koronavirus xəstəsi evdən çıxıb həmkəndlilərinə təhlükə yaratdı
Füzulidə həmkəndliləri ilə təmas quran koronavirus xəstəsinə cinayət işi açılıb.
Füzuli rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, rayon sakini 48 yaşlı İbişov Səlyan Allahverdi oğlu noyabrın 20-də COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 27-də Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Ötən il 600-dən çox koronavirus xəstəsinə cinayət işi açılıb
21 yanvar 2021 , 09:48
Şirvanda ev yanıb
21 yanvar 2021 , 09:34
Baş Prokurorluğun orijinal "İnstagram" səhifəsini belə təyin edəcəksiniz
21 yanvar 2021 , 09:30
Kirayəşin ev sahibini bıçaqladı
21 yanvar 2021 , 08:20
Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 yanvar 2021 , 07:04
Bakıda qadını avtomobil vurdu
21 yanvar 2021 , 05:26
Bakıda “BMW” dekorativ ağaclara çırpıldı - FOTO
21 yanvar 2021 , 02:03Avtomobil kanala aşdı: sürücü ölüb - FOTO
20 yanvar 2021 , 18:30