
Bakıdakı “Təzə bazar” köçürülür
Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək.
Bunu APA-ya açıqlamasında Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Qurban İsmayılov bildirib.
“Təzə bazar”ın özəl şirkətə məxsus olduğunu söyləyən Q. İsmayılov bazarda icarə yer götürərək ticarətlə məşğul olan sahibkarların şirkət tərəfindən 3 yerə köçürüləcəyini nəzərə çatdırıb.
Onun sözlərinə görə, ticarətçilərin bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”, bir hissəsi “Təzə bazar”la üzbəüz “Afcentr”, bir hissəsi isə Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AfkomPlaza” ticarət mərkəzlərinə köçürüləcək: ““Təzə bazar”da 751 ticarət obyekti olub, onların hamısı həmin 3 məkandan birində yerlə təmin olunacaq. Şirkət özü öz vəsaiti hesabına “Təzə bazar”ın yerində 3 hektar ərazidə müasir tələblərə cavab “Təzə bazar” inşa edəcək. Relyeflə əlaqədar tikiləcək ticarət mərkəzi Səməd Vurğun küçəsi tərəfdən ikimərtəbəli, Mərdanov qardaşları küçəsi tərəfdən isə üçmərtəbəli olacaq. Tikinti işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub. Yeni “Təzə bazar”da ticarətçilər üçün hər cür şərait yaradılacaq. Bu gün köçürülən ticarətçilər də könüllü əsasda yenidən istifadəyə veriləcək “Təzə bazar”a qayıda biləcəklər”.

Oxşar yazılar

Yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair QAYDALAR
23 yanvar 2021 , 18:57
Kəlbəcərin Qamışlı kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 17:50
SON STATİSTİKA: 162 yoluxma, 8 ölüm...
23 yanvar 2021 , 17:24
Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
23 yanvar 2021 , 16:49
Ermənilər Zəngilan məzarlığında meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - VİDEO
23 yanvar 2021 , 15:38
Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 14:53
Polis polkovniki sərəncama göndərildi
23 yanvar 2021 , 14:43
Ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
23 yanvar 2021 , 14:34