İlin musiqi ifaçısı seçildi
23 noyabr 2020 19:36 (UTC +04:00)

İlin musiqi ifaçısı seçildi

Amerikalı müğənni Taylor Svift American Music Awardsda ilin ən yaxşı ifaçısı seçilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mükafatın təqdimat mərasimi Los-Ancelesdə keçirilib. 

Svift eyni zamanda pop janrında ən populyar müğənni olub və “Cardigan” mahnısına çəkdiyi video ilin ən yaxşı klipinə layiq görülüb.

Ümumilikdə sənətçi karyerası ərzində 32 Amerikan Musiqi Mükafatı heykəlciyi alıb.

# 2356
avatar

Oxşar yazılar