Qonşu ölkədə koronavirusa yoluxmada rekord
22 noyabr 2020 11:36 (UTC +04:00)

Qonşu ölkədə koronavirusa yoluxmada rekord

0

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4048 yoluxma halı qeydə alınıb,  49 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  104732 nəfərə, ölənlərin sayı isə 976 nəfərə çatıb.

Virusa yoluxanlardan 85 639 nəfərin sağaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2639

Oxşar yazılar