Qarabağ qazisi doğulduğu Yevlax rayonunda coşqu ilə qarşılandı - VİDEO
21 noyabr 2020 03:03 (UTC +04:00)

Qarabağ qazisi doğulduğu Yevlax rayonunda coşqu ilə qarşılandı - VİDEO

 

Yevlax rayonunun Havarlı kəndinin sakinləri Vətən Müharibəsi iştirakçısını böyük coşqu ilə qarşılayıblar.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə minatan atəşi nəticəsində yaralanan Qarabağ qazisi, cəsur döyüşçü Cavid Əfqan oğlu Mustafayev böyüyüb boya-başa çatdığı Havarlı kəndinə qayıdıb. Əsgərimizin qayıdışı alqışlarla qarşılanıb.

Suqovuşan istiqamətində ayağından ağır yaralanan döyüşçünün müalicəsinin ardınca doğmalarının, dostlarının arasına yenidən dönməsi hər kəsdə qürurverici anlar yaşadıb.

Qeyd edək ki, Cavid Mustafayevin atası da birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

# 2047
avatar

Oxşar yazılar