2368
17:01
20 Noyabr 2020

Bu taksilərin fəaliyyətinə məhdudiyyət olmayacaq - RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən noyabrın 21-i saat 0:00-dan noyabrın 23-ü səhər saat 6:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumatda bildirilir ki, həmin tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Dİgər xəbərlər