466
15:34
20 Noyabr 2020

Ekologiyaya ziyan vuran daş karxanası cərimələndi

Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, növbəti belə tədbir noyabrın 19-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilib. Reyd zamanı Xocəhəsən qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub.

Qeyd olunan daş kəsimi sexində işləyən M.Qaraşov və C.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin çirklənməsinin qarşısını alan avadanlıqları olmayan obyektlərin istismar edilməsi) maddəsi ilə protokollar tərtib edilmiş və hər biri 600 manat məbləğində cərimə olunublar.

Dİgər xəbərlər