2490
12:57
20 Noyabr 2020

Xocavəndin Tsakuri kəndinin - YENİ ADI

Milli Məclisdə “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

APA-nın məlumatına görə, qanun layihəsini Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub: “Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndini qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə əks etdirir”.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Dİgər xəbərlər