458
11:00
20 Noyabr 2020

Gürcüstanda daha 41 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 768 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 96 860 nəfərə, ölənlərin sayı isə 576 nəfərə çatıb.

Virusa yoluxanlardan 77 932 nəfərin sağaldığı bildirilir.

Dİgər xəbərlər