1325
15:38
18 Noyabr 2020

Vətənpərvərlik mövzusunda ədəbi müsabiqəyə qəbul bu tarixdə bitir

Məlum olduğu kimi, bu il oktyabr ayının 21-də Mədəniyyət Nazirliyi vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edib.

Müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə artıq 107 əsər təqdim olunub.

Bu barədə Lent.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, əsərlərin say çoxluğunu nəzərə alaraq, onların qiymətləndirilməsi məqsədilə qısa zamanda Müsabiqə Komissiyasına təqdim edilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, müsabiqəyə təqdim olunan əsərlər Azərbaycanın dövlət dilində yazılmalı və bundan öncə heç bir yerdə yayımlanmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqəyə esse və şeirlərin qəbulu noyabrın 25-dək, hekayələrin qəbulu isə 30-dək aparılacaq.

İştirakçılar əsərləri [email protected] elektron poçt ünvanına göndərməlidir.

Dİgər xəbərlər