Azərbaycanda traktor ağaca çırpıldı: sürücü...
18 noyabr 2020 14:13 (UTC +04:00)

Azərbaycanda traktor ağaca çırpıldı: sürücü...

Beyləqanda qəza törədən traktor sürücüsü ölüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Xaçınabad kəndi ərazisində Ağdam rayon sakini Fehruz Abdullayev idarə etdiyi traktoru ağaca vurub. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

# 877
avatar

Oxşar yazılar