512
12:10
18 Noyabr 2020

Son günlərdə dünyanın ƏN BÖYÜK OĞURLUĞU

İngiltərə polisi sürücü və mühafizəçiləri aldadıb yük maşınındakı 5 miylon sterlinq ( təxminən 11 milyon 272 min manat) dəyərində olan “İphone” məhsullarını oğurlayan şəxsləri axtarır.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə dünən axşam Nottinqem şəhərində baş verib. Belə ki, yük maşınını dayandıran oğrular əvvəlcə sürücü və mühafizəçiləri zərərsizləşdirib. Daha sonra isə maşını gizli yerə apararaq, içərisindəki məhsulları başqa bir yük maşınına daşıyıblar. Həmin avtomobillə müəyyən qədər yol gedən oğrular daha sonra yükləri üçüncü avtomobilə yükləyib.

Oğurlanan məhsullar arasında “Appel Watch”, müxtəlif “İphone” telefonları, “İPad” və adapterlər olub.

Xatırladaq ki, “Apple” ötən həftələrdə adıçəkilən modelləri bazara yeni çıxardığını bildirmişdi.

Dİgər xəbərlər