İranda ötən sutka ərzində 482 nəfər koronavirusdan (COVID 19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 42461 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13352 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 788473 nəfərə yüksəlib.
İranda indiyədək 570774 nəfər koronavirusdan sağalıb.Virus daşyıcılarından 5691nəfərin vəziyyəti ağır qiymətləndirilir.